Gülnarə Kərimovanın imzasıyla məktub yayıldı

12.10.2016 - 17:13

9de71ace-ec99-4c13-a8c5-d7c0f31808c4_cx0_cy17_cw0_mw1024_s_n_r1Özbəkistanda mərhum prezident Islam Karimovun böyük qızı Gulnara Karimovanın taleyi naməlum qalır. Axı o, atasının dəfnində də iştirak etmirdi.

Oktyabrın 4-də isə sosial şəbəkələrdə Gulnaranın imzaladığı məktub yayılıb. Məktubun müəllifinin Gulnara Karimova olduğu ehtimal edilir. Məktubun müəllifi anasından üzr istəyir və çəkdiyi əzablardan yazır. Müəllif həm də «özünü oğul yerinə qoymuş», amma atasının (yəni Islam Karimov-un) vəsiyyətinə məhəl qoymayaraq, Konstitusiyanı adlayıb keçmiş Shovkat Mirziyayevdən yazır.

Jurnalist və siyasi fəal Jahangir Muhammad RFE/RL-in özbək xidmətinin suallarını cavablandırıb.

Jahangir Muhammad bildirir ki, “Twitter”də Gulnara Karimova-nın məktubu yayılmayıb. Ancaq sözügedən məktubun bir hissəsi hansısa Gulnaranın hesabında dərc edilib. Onun sözlərinə görə, öncəki məktublar da bu tərzdə yazılıb.

ŞÜBHƏLƏR

Ancaq Muhammad bu sonuncu məktubun həqiqətən də Gulnara Karimovanın özü tərəfindən yazılmasına şübhə edir.

“Onun ev dustaqlığında, ağır şəraitdə saxlandığı barədə şayiələri nəzərə alsaq, Özbəkistanda ona İnternetə girmək imkanı verilməyəcək. Ancaq ona bu imkan verilibsə, deməli həmin məktubu yazması hansısa məqsədə xidmət edir. Məsələn, ona deyə bilərlər ki, “anana üzrxahlıq məktubu yaz, biz sənin problemlərini həll edək”. O da cavabında deyə bilərdi ki, “yaxşı, mənə İnternetə çıxış verin, anamdan üzr istəyim”. Ancaq məktubda Mirziyayev haqqında yazılan mənfi şeyləri nəzərə alsaq, bu da şübhəli görünür”, Muhammad deyir.

Jurnalist deyir ki, ictimaiyyət Gulnara Karimova haqda yalnız şayiələri eşidir. Onun sözlərinə görə, böyük qızının mərhum prezidentin dəfnində iştirak etməməsi ailədə ciddi problemlərin olmasını göstərir.

“NÖVBƏTİ OYUN OLA BİLƏR”

Jahangir Muhammad bu məktubun Mirziyayev haqda mənfi təsəvvür yaratmaq istəyənlərin işi olmasını da istisna etmir: “Bilirsiniz, son 25 ildə bizdə belə bir ənənə yaranıb. Özbəkistanda kiminsə haqqında mənfi fikir yaratmaq istəyirlərsə, onun haqqında qarayaxma xarakterli şeylər dərc edirlər. …İndi Mirziyayevlə bağlı insanlar iki cəbhəyə bölünüb. Birinci qrup ona böyük ümidlər bəsləyir. İkinci qrupsa onun Karimov-dan da betər olacağını deyir. …Bu məktubun Gulnara Karimova tərəfindən yazıldığına inananlar çox olacaq. Prezident seçkiləri ərəfəsində bu məktub Mirziyayevin imicinə mənfi təsir edə bilər. Nəzərə almalıyıq ki, bu gün Özbəkistanda Shovkat Mirziyayevin hakimiyyətə gəlməsini məmurların hamısı istəmir. Onu hamı sevmir. Onların arasında bəziləri düşünür ki, Mirziyayev prezident olsa, onları məhv edəcək. Mirziyayevin Milli Təhlükəsizlik Xidməti (MTX) və Baş Prokurorluqla arasını vurmaq istəyənlər də var. …Ona görə də, bu məktub növbəti oyun ola bilər”.

Jahangir Muhammad bu məktubu İnternetdə dərc edən şəxslərin Gulnara Karimova ilə Shovkat Mirziyayevi bir-birinə düşmən etmək, bununla da keçmiş prezidentin qızının vəziyyətini daha da ağırlaşdırmaq istədiyindən şübhələnir.

“QATİLİN DƏ HÜQUQLARI VAR”

“Kimliyindən asılı olmayaraq, hər bir insanın hüquqları var. Qatilin də hüquqları var. O günahkardırsa, işə məhkəmədə baxılmalıdır. Mən istəyirəm ki, Gulnara Karimovanın işinə məhkəmədə baxılsın. Məhkəmə qərar çıxarmalı, qərar xalqa göstərilməlidir. Xalq Gulnara Karimova-nın, onun milyardlarının, onunla əməkdaşlıq edən şirkətlərin taleyindən xəbərdar olmalıdır. Hakimiyyət bu suallara aydınlıq gətirməlidir”, jurnalist deyir.

Muhammad yeni seçiləcək prezidentin bu məsələyə əncam çəkəcəyini istisna etmir. Ancaq deyir ki, bu, seçkidən dərhal sonra yox, 2-3 ay keçmiş baş verə bilər.

Digər tərəfdən, jurnalist hesab edir ki, seçkidən sonra Karimova və onun xaricdəki milyardları ilə bağlı səs-küylü məhkəmə prosesi başlaya, üstəlik, bütün bunları yerli KİV-lər işıqlandıra bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=78783

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31