Lavrovun bu cavabı dünyanı güldürdü – Video

13.10.2016 - 11:12

1476342282CNN telekanalına müsahibə verən Rusiya XİN rəhbəri Sergey Lavrov jurnalistə verdiyi cavabla bütün dünya mətbuatının manşetini zəbt edib.

Xanım jurnalist Rusiyadakı “Pussi Riot” skandalına eyham vuraraq Lavrovdan Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın “pussi riot situasiya”sına necə baxdığını soruşub.

Lavrovun cavabı xanım jurnalisti çox güldürüb:

“Bilmirəm… İngilis dili mənim ana dilim deyil. Sizin seçki kampaniyanızda o qədər “pussi” var ki, mən heç bilmirəm necə cavab verim”.

2012-ci ilin fevralında Rusiyada “Pussi Riot” adlı qızlardan ibarət pankm qrupu İsa Məsihin məbədinin önündə “Məryəm ana, Putini qov!”şüarı ilə aksiya keçirmişdi. Bundan sonra qrupun üzvləri xuliqanlıqda ittiham olunaraq həbs olundu.

Jurnalist Trampın “pussi riot situasiyası” deyərkən, prezidentliyə namizədin qadınları təhqir etməsi və ABŞ-ın 42-ci prezidenti Bill Klintonun öz qadınlarını seçki kampaniyasına qatmasını nəzərdə tutub.

Lavrov isə “pussi” sözünü ABŞ və İngiltərədə söyüş kimi istifadə olunan sözlə səhv salıb.

Videonu təqdim edirik:

Short URL: http://www.cumhuriyyet.net/?p=78829

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31