III Dünya savaşı davam edir… – Sübutlar

13.10.2016 - 13:15

independentBu qənaət nə qədər axmaq səslənsə də, III Dünya müharibəsi artıq başlayıb.

Bu barədə İngiltərənin “İndependent” qəzetində yer alan məqalədə deyilir.

Yazıda dünyanın dörd bir tərəfində müharibənin davam etdiyi qeyd olunub:

“Doğrudur, bu müharibə Şimali Almaniya çöllərində supergüclərə aid tankların bir-birini qovması şəklində getmir. Amma yaxşı diqqət etsək, görərik ki, dünya od içindədir. Söhbət bütün xırda münaqişələri mutasiya edərək ən azı ABŞ, Çin və Rusiyanın iştirak etdiyi böyük müharibəyə çevrilib-çevrilməyəcəyindən gedir.

Biz hələ 1945-ci ildən bəri, 1962-ci ildə baş vermiş Kuba raket böhranı kimi qorxulu vaxtlara çatmamışıq, amma heç şübhəsiz riskli, qeyri-sabit və qeyri-müəyyən zəmanədə yaşayırıq. Dünyada təxminən 195 ölkə var. Bunlardan yalnız 5-10 ölkə sözün əsl mənasında sülh içindədir. Qlobal Sülh İndeksinə görə yalnız İslandiya və onun ardınca Danimarka, Avstriya, Yeni Zelandiya, Portuqaliya, Çexiya, İsveçrə, Kanada, Yaponiya, Sloveniya və Finlandiya tam sülh şəraitində yaşayır.

Dünya əhalisinin isə yalnız kiçik hissəsi bu ölkələrdədir. Münaqişələrdə yaşayan ölkələrin siyahısı daha uzundur”.

Məqalədə Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münqişəsinin də region üçün təhlükə mənbəyi olaraq qaldığı qeyd edilib:

“Münaqişələr arasında Suriya, Əfqanıstan, İraq, Ukrayna, Boko Haram kimi məşhur olanları da var, Birma, Ermənistan və Azərbaycan münaqişələri kimi haqqında az bildiklərimiz də… Bu münaqişələrin adları müxtəlifdir, lakin “sivilizasiyalar toqquşması” hələ baş verməyib. Hələ ki, dünyanın müxtəlif qrupları arasında xaotik, qarma-qarışıq xırda müharibələr gedir”.

Yazıda Trampın prezident seçiləcəyi təqdirdə dünyada baş verə biləcək hadisələrə toxunulub. Respublikaçı namizədin NATO-nu dağıtmaq planının isə əsl fəlakət olacağı deyilir:

“Tramp bəlkə də Klintondan daha yaxşı ola bilər. Amma nəyin bahasına? O artıq NATO-nu dağıtmaq, Baltik ölkələrini müdafiəsiz qoymaq kimi fikirlər səsləndirib. Bu, Estoniya, Latviya, Litvanı Avrpopa İttifaqından ayırıb Rusiyanın təsir dairəsinə qaytarmazmı? Eyni hadisə Rusiya təcavüzü ilə üzləşmiş Gürcüstanın da başına gələ bilər.

Rusiya 1970-ci illərdən bəri özünün ekspansionizmini görünməmiş şəkildə artırıb və bu, Hitlerin fürsətçi torpaq qəsbkarlığına bənzəyir. Lakin bu o demək deyildir ki, amerikalılar ruslarla istər adi silahlarla, istərsə də nüvə silahı ilə əlbəyaxa olacaq.

Soyuq müharibə illərində baş vermis müharibələrdə hökumətlər və qiyamçılar amerikalıların, rusların və nadir hallarda çinlilərin adından müharibə aparırdılar. Yalnız nadir hallarda, məsələn, ABŞ Koreyada və Vyetnamda və ya Rusiya Əfqanıstanda olduğu kimi supergeclərin özləri döyüşüblər. 1970-ci illərdə Əfqanıstanda ABŞ və Mərkəzi Kəşfiyyat İdarəsi ruslarla döyüşən mücahidlərə dəstək verib. ABŞ-ın Cənubi Afrikanı dəstəklədiyi illərdə ruslar Anqolada döyüşmək üçün kubalıları göndəriblər. İsrail-Ərəb müharibələri də aşağı-yuxarı supergüclərin pərdəarxası müharibəsi olub. Bu müharibələrdə yerli müttəfiqlər istər ruslardan, istərsə də amerikalılardan qat-qat çox itki veriblər. İndi də bu proses davam edir. Amma fərq burasındadır ki, ortada daha ölümcül silahlar var”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78862

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31