Rusiya hökumətinə inam azalır… – Sorğu

14.10.2016 - 12:10

be788e0c-7260-4319-89a0-cd845774264f_w987_r1_sSon sorğular Rusiyada əhalinin hökumətə etibarının son bir ildə 2 dəfə azaldığını göstərib. Əhalinin etibarını əks etdirən rəqəmləri sosial araşdırmalar aparan «Levada» Mərkəzi açıqlayıb.

75% PREZİDENTƏ İNANIR

Mərkəzin məlumatına görə, respondentlərin cəmi 26%-i Rusiya hökumətinə etibar etdiyini deyir. «Interfax» agentliyi bu göstəricinin keçən il 45% olduğunu yazır.

Builki sorğuda iştirak edən respondentlərin cəmi 22%-i Dövlət Dumasına etimad göstərib. Bu göstərici keçən il 40% olub.

Hakim qüvvələr arasında ən çox etibar edilən – prezident Vladimir Putin-dir. Respondentlərin 75-% Putin-ə inandığını bildirib. Amma bu rəqəm də ötənilki ilə müqayisədə azdır, keçən il prezidentə inananlar 80% idi. Orduya etibar edənlərin göstəricisi 64%-dən 60%-ə, təhlükəsizlik orqanlarına etimad göstərənlərin sayı 50%-dən 46%-ə düşüb.

KORRUPSİYA QALMAQALLARI

Polis və prokurorluğa bel bağlayanların sayı 24%-ə, məhkəmələrə inananlar 22%-ə qədər azalıb.

«The Moscow Times» qəzetinin yazdığına görə, bu rəqəmlərin azalmasının səbəblərindən biri Rusiya Tədqiqat Komitəsində baş vermiş korrupsiya qalmaqalları ola bilər.

Rusiyada respondentlərin yalnız ¼-i mətbuata (27%), 43%-i kilsəyə etimadını bildirib. Bu rəqəmlər də keçən illərkilərlə müqayisədə aşağıdır.

Siyasi partiyalara inam 20%-dən 12%-ə düşüb. Rusiya banklarına inam 15%-dən də aşağıdır.

«Levada» Mərkəzinin məlumatına görə, sentyabrda keçirilən sorğuda Rusiyanın 137 yaşayış məntəqəsində 1600 vətəndaşın rəyi öyrənilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=79016

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31