Türkiyədən siyasi qələbə: Mosul böhranı bitdi – Detallar

14.10.2016 - 13:03

mosul-bohrani-bitdi-tez-verinTürkiyə ilə İraq arasında uzun müddət davam edən Mosul böhranı nəhayət ki, öz həllini tapıb.

Razılaşmaya əsasən, İŞİD-ə qarşı başlanacaq hərbi əməliyyatlara mosullu döyüşçülər də qatılacaq.

Başika düşərgəsində türk ordusu tərəfindən təlim görmüş döyüşçülər İraq ordusu və peşmərgə ilə birgə hərəkət edəcək.

Agentliyin ABŞ və Türkiyənin yüksək rütbəli rəsmilərindən aldığı məlumata görə, Mosul əməliyyatı yaxın bir neçə gündə başlayacaq.

ABŞ-ın kordinasiyası ilə başlanacaq əməliyyatın ilkin mərhələsində peşmərgə qüvvələri şəhəri mühasirəyə alacaq. Türkiyə ordusun təlim keçdiyi Mosul döyüşüçləri də peşmərgə ilə eyni xəttə dayanacaq. “Haşdi Vətən” adlanan, lakin ötən gün adını dəyişdirib “Ninova gözətçisi” qoyan təşkilat adı açıqlanmayan İraq generalının rəhbərliyi ilə Mosul Əməliyyatlar Komandanlığından göstəriş alacaq.

Əməliyyat planına əsasən, İraq ordusu və şiə qüvvələr peşmərgə və yerli qüvvələrlə paralel şəkildə şəhərin cənubundakı Kayyaredən şimala doğru irəliləyəcək. Bununla da Mosul cənub, şərq və şimaldan mühasirəyə alınacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=79032

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31