Milli Şura üzvlərinə “Bandotdel”də nə deyilib?

14.10.2016 - 13:12

milli-sura«İctimai-siyasi fəallığım, dini etiqadlı insanları müdafiə etməyim, sosial şəbəkələrdə yazılarım əsas müzakirə obyekti oldu».

Bunu oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev bildirib.

E.Quliyevin deməsinə görə, idarə təmsilçiləri ondan ictimai-siyasi fəallığı azaltmağı tələb ediblər.

Koordinasiya Mərkəzinin üzvü bildirib ki, dini inanclı insanları müdafiə etməsi də idarənin narazılığına səbəb olub: «Mən də dedim ki, hər bir insanın etiqad azadlığı var. Bununla bağlı dövlət adına qanun fəaliyyət göstərir. Bizlər də ictimai nəzarət funksiyasını yerinə yetiririk».

E.Quliyev deyib ki, yazılarında hakimiyyətə sərt mövqe tutması da müzakirə edilib. Hətta ona bildirilib ki, bu yazılarda cinayət tərkibi var: «Hələlik şifahi xəbərdarlıq etdilər. Fikrimcə, bu profilaktik məqsədli söhbət idi, gələcəyi isə görərik».

Oktyabrın 14-də səhər saatlarında hüquq müdafiəçisi, Milli Şuranın Koordinasiya Mərkəzinin başqa bir üzvü Oqtay Gülalıyevlə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində oxşar söhbət aparılmışdı. Onun sözlərinə görə, əsasən mediada «Nardaran hadisələri» ilə bağlı açıqladığım məsələlər ətrafında müzakirələr olub.

Onun deməsinə görə, idarə əməkdaşları siyahının mətbuatda açıqlanmasına, işgəncə olması haqda yazılanlara narazılıq ediblər.

O.Gülalıyev deyib ki, hətta işgəncə ilə bağlı yazdıqları idarənin nüfuz və imicinə zərbə kimi dəyərləndirilib: «Məndən tələb edilən o idi ki, ictimai-siyasi fəallığı dayandırım. Bunu özümə qarşı xəbərdarıq kimi dəyərləndirirəm. Həm də işarə etdilər ki, bu fəallığı dayandırmadığım halda, daha ciddi nəticələr ola bilər».

O.Gülalıyev oktyabrın 13-də «Siyasi Məhbuslarsız Azərbaycan» təşkilatının «Nardaran işi» ilə bağlı həbs edilən şəxslərin siyahısını paylaşıb.

Həmin sənəddə bildirilir ki, ötən il noyabrın 26-sı Nardaranda baş verən hadisələrlə bağlı ümumilikdə 200-dən çox şəxs saxlanıb. Onların bir hissəsi inzibati cəzalara məruz qalıb, 87 nəfər barəsində cinayət işi açılıb və onlar həbs olunublar. Sənəddə həbs edilənlərə ifadə almaqdan ötrü ağır işgəncələr verildiyi də bildirilirdi.

Üstəlik, həbs olunanların hamısı siyasi məhbus hesab edilirdi.

O.Gülalıyevdən başqa AXCP-nin sədr müavini Gözəl Bayramlı, Ali Məclisin sədri Nurəddin Məmmədli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev və Müsavat Partiyasının başqanı Arif Hacılı da bu idarəyə çağrılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=79034

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31