İlham Əliyev BMT-nin yeni baş katibini təbrik etdi

14.10.2016 - 16:44

ilham-%c9%99liyev_2Azərbaycan prezidenti İlham Əliyev Antoniu Quttereşi Birləşmiş Millətlər Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Quttereş, Birləşmiş Millətlər Təşkilatının baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Azərbaycan müstəqillik qazandığı ilk gündən BMT ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verir, təşkilatın bütün strukturları ilə səmərəli əməkdaşlıq edir, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında və dünya ictimaiyyətini narahat edən məsələlərdə BMT-nin mövqeyini dəstəkləyir.

Mən sizin Azərbaycana etdiyiniz səfərlərinizi, sizinlə keçirdiyimiz görüşləri və apardığımız fikir mübadilələrini məmnunluqla xatırlayıram. Ümidvaram ki, dünyada sülhün, təhlükəsizliyin və əmin-amanlığın bərqərar olunmasında, qarşıya qoyulan qlobal vəzifələrin həllində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Biz həmçinin, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma yurd-yuvalarına qayıtması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində BMT-nin baş katibi kimi şəxsən sizin səylərinizə böyük ümidlər bəsləyirik.

Bir daha sizi təbrik edir, bəşəriyyət qarşısında duran qlobal problemlərin aradan qaldırılması, dünyada sülhün və təhlükəsizliyin bərqərar olunmasında mühüm və aparıcı rola malik BMT-nin baş katibi vəzifəsində sizə uğurlar arzu edirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=79073

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31