PKK-nın gizli Kipr görüşü: Türkiyədə bir neçə aya…
PKK-nın Belçikadakı təmsilçisi “Agit” kod adlı terrorçu bir neçə gün öncə Kiprin Limasol şəhərində gizli görüş keçirib.
Qəndildən verilən tapşırıq əsasında terrorçu “Feofil Kürd Mədəniyyət Mərkəzi”nin rəhbər şəxsləri ilə görüşüb. Təşkilatın yeni planı barədə məlumat verən terrorçu Türkiyədə bir neçə ay ərzində kürd etirazlarının alovlanacağını, PKK üzvlərinin dağlardan şəhərə enərək xalqa dəstək verəcəyini bildirib.
Görüşdə HDP millət vəkillərinin həbs olunmasının qığılcım effekti yaradacağı vurğulanıb.
Mədəniyyət mərkəzinin rəhbərliyi Şimali Kiprdə yaşayan kürdlərdən pul toplamağa başladıqlarını deyiblər.(Axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=79164