AŞPA-da qalmaqal: sədr ermənini “söndürdü” – Video

15.10.2016 - 13:59

1476525303Oktyabrın 14-də AŞPA-dakı erməni nümayəndə heyətinin üzvlərinin iştirakı ilə keçirilən açıq debat zamanı Naira Karapetyan və Naira Zohrabyan qalmaqal yaradıb.

Müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvləri əsassız dava salaraq, AŞPA sədrinin keçmiş müavini Luka Volonteni Azərbaycanın maraqlarını müdafiə etməkdə ittiham ediblər. AŞPA-nın rəhbəri Pedro Aqramunt buna etiraz edib və ermənilərə heç bir sübutsuz belə bir bəyanatla çıxış etməyə ixtiyarları olmadığını bildirib.

Erməni millət vəkillərinin ittihamlarında geri çəkilmədiyini görən Aqramunt mikrofonu söndürməyə məcbur olub. Bir az sonra Naira Zohrabyan yenidən Volonteni ittiham etməyə və yüksək səslə danışmağa başladıqda Aqramunt mikrofonu ikinci dəfə söndürüb və Nairanı Luka Volontenin hüquqlarını pozmaqda ittiham edib.

“Siz onun yox, elə mənim hüquqlarımı da pozursunuz. Siz özünüz də elə Luka Volonte kimi Azərbaycan maraqlarına xidmət edirsiniz”, – deyə Zohrabyan Aqramunta cavab verib.

O, həmçinin qeyd edib ki, AŞPA sədrinə qarşı hüquqi proses başladacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=79172

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31