Ayaz Mütəllibov: “Rusiya ikibaşlı siyasət yeridir”

17.10.2016 - 12:10

????????????????????????????????????

Bir müddət əvvəl Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın işğal altındakı 5 rayonun qaytrarılması ilə bağlı Rusiyadan təklif irəli sürüldüyünü deyib. Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində 5 rayonun qaytarılması bir növ açar rolunu oynaya bilər.

Lakin münaqişənin həlli uzandıqca, məsələ həll edilməmiş qalır.

Bu ilin əvvəlində rusiyalı politoloq Sergey Markov da Ermənistanın şansının ildən-ilə azaldığını deyib. İndiki durumda isə 5 rayonun qaytarılması məsələsində Rusiya ümidsiz görünür.
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Modern.az-a açıqlamasında deyib ki, bu məsələdə Rusiya ikibaşlı siyasət yeridir.

“Türkiyəyə təklif verən Rusiyanın sonrakı yanaşmalarına diqqət edəndə, ikibaşlı siyasət özünü göstərir. Neçə illərdir ki, münaqişənin qurbanı olmuşuq. Bu illər boyu münaqişənin həll edilməsinə bir çarə tapmaq olardı. İlk əvvəllərdə çox da çətin məsələ deyildi. Zaman keçdikcə, Qarabağ münaqişəsinin bir alətə çevrildiyini gördük. Alət də maraq deməkdir. Böyük dövlətlərin maraqları şəxsi olmasa, bu məsələni masa ətrafında həll etmək mümkündür”.

Rusiya prezidentinin Türkiyəyə səfər etməsinə münasibət bildirən eks-prezident ikitərəfli əlaqələrin fayda verəcəyini bildirib.

“Eyni zamanda, Rusiya-Türkiyə münasibətlərinin yenidən yaxşılaşması ciddi məsələdir. Bu dövlətlərin yaxınlaşması Qarabağ münaqişəsinin həllində təkan ola bilər. İnanmaq istəyirəm ki, bu belədir. 5 rayonun qaytarılması məsələsi Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması baxımından real ola bilər. Çünki Rusiya-Türkiyə arasında böyük projelər, proqramlar nəzərdə tutulub. Onların yaxınlaşması 5 rayonun qaytarılmasına zəmin yarada bilər. Analiz aparanda 5 rayonun qaytarılması məsələsinin real olduğu qənaətinə gəlirsən…”.

Short URL: http://www.cumhuriyyet.net/?p=79264

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31