Ərdoğan ABŞ-a: “Səddam sizi çağırmışdı?!” – Video

17.10.2016 - 14:37

thumbs_b_c_b9dbd2e5b0fe876f03c991fd10e7a6a4Siz PYD və YPG-nin Menbiçə girməyəcəyinə söz vermişdiniz. Verdiyiniz sözə əməl edin.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən beynəlxalq hüquq konqresindəki çıxışında deyib.

Prezident Suriyadakı əməliyyatlara toxunaraq, ABŞ-ı verdiyi sözə əməl etməyə çağırıb:

“Siz PYD və YPG-nin Menbiçə girməyəcəyinə söz vermişdiniz. Verdiyiniz sözə əməl edin. Oranın əhalisinin 95 faizi ərəbdir. Ancaq sözlərini tutmadılar. Biz də lazım olanı etdik. Bu gün səhər bir mesaj göndərilib. Əgər oranı PYD və YPG-dən təmizləməsəniz, ortaqlığımız bitəcək.

Qaziantepdə 56 qardaşımızı şəhid etdilər. Bundan sonra durmaq vaxtı deyil dedik. Suriya Azadlıq Ordusu ilə birlikdə Suriyaya girdik. Suriya ilə 911 km uzunluğunda sərhədimiz var. Suriya ilə əlaqəsi olmayanlar ora girməkdə haqlı, bizə gəlincə “ora gedə bilməsiniz” dedilər. Bağışlayın, gedirik. Cerablusdan başladıq. Oranı terrorçulardan təmizlədik. İndi oranın sakinləri evlərinə dönür. Raiyə girdik, İŞİD oradan da getdi. Ötən gün Dabıkı da İŞİD-dən təmizlədik. Biz Türkiyədən oraya adam aparmırıq. Həmin ərazilərin sakinləri ora gedir.

“Türkiyə Mosula girməsin” deyirlər. Bu, necə ola bilər?! Əlaqəsi olmayan girir. Çünki Bağdad onlara “gəl” deyib. 14-15 il əvvəl Səddam Hüseyn onlara “gəlin” demişdi? Türkiyənin olmadığı bir əməliyyatdan yarana biləcək nəticələrə görə məsuliyyət daşımırıq. Özlərinə də dedik, biz əməliyyatda da, danışıqlar masasında da olacağıq. Orada bizim qardaşlarımız var. Bu məsələdə bizim kənarda qalmağımız qətiyyən mümkün deyil”.(Axar.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=79295

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31