Putin İlham Əliyevi təbrik etdi

17.10.2016 - 15:04

1015987085Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ötən 25 il ərzində sosial-iqtisadi və elmi-texniki inkişafın aktual məsələlərinin həllində Azərbaycanın qazandığı uğurlar hamı tərəfindən etiraf edilir. Sizin ölkəniz dünya arenasında haqlı olaraq böyük nüfuz qazanıb.

Məmnuniyyətlə qeyd edirəm ki, möhkəm mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq ruhunda dinamik inkişaf edir. Əminəm ki, bütün istiqamətlərdə ikitərəfli konstruktiv əlaqələri birgə səylərimizlə bundan sonra da möhkəmlədəcək, habelə beynəlxalq məsələlərdə səylərimizi daha sıx əlaqələndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, rifah və uğurlar, bütün Azərbaycan vətəndaşlarına sülh və firavanlıq arzu edirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=79301

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31