Bakı Avrasiya İttifaqına qoşula bilər, əgər… – Preziden
Azərbaycan indiki statusunda özünü çox inamlı hiss edir.
Bunu Rusiyanın “Sputnik” agentliyinə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. Onun sözlərinə görə, Azərbaycanın gələcəkdə Avrasiya İttifaqına üzvlük imkanlarını istisna etmək olmaz:
“Bu mövzu ilə bağlı söhbət çoxdan ekspert camiəsi və müxtəlif ölkələrin siyasi elitası arasında gedir. Biz prinsipcə hazırda olduğumuz şəraitdə özümüzü çox inamlı hiss edirik. Ona görə də tendensiyaların necə olacağına baxmalıyıq. Əlbəttə, əgər İttifaq cəlbedici olsa, oraya çoxları daxil olmağa çalışacaq. Heç nəyi istisna etmək olmaz. Azərbaycan Avrasiya məkanındakı prosesləri maraqla izləyir. Bu gün bizim Avrasiya İttifaqı ölkələri ilə iqtisadi və siyasi əməkdaşlığımız kifayət qədər möhkəmdir. İnteqrasiya yolunu getmək üçün motivasiya lazımdır. O iqtisadi, sosial, siyasi və başqa cür də ola bilər. Biz hazırda bu istiqamətdə işləyirik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=79438