İraqdan şok qərar: İranın məşhur generalı əməliyyata qoşuldu

18.10.2016 - 16:53

qasim-suleymaniTürkiyəyə qarşı qərəzli siyasət yürüdən rəsmi Bağdad daha bir qalmaqallı addım atıb. Livanda yayımlanan, Hizbullaha yaxınlığı ilə tanınan “Əl-Əhbar” qəzeti İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin İraq hökumətinin dəvəti ilə Mosula getdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Süleymani Mosul əməliyyatını idarə edən əsas şəxslərdən biri olacaq.

İranın ABNA agentliyi isə Süleymani və Haşdi Şabi komandirlərinin yer aldığı bir fotoşəkili yayımlayıb.

Xatırladaq ki, Türkiyənin Başikada mövcudluğunu həzm edə bilməyən İraq hökumətinin İrana bu ölkədə 9 hərbi baza açmağa imkan verməsi, üstəlik, Başikadakı türk əsgərlərinin Mosul əməliyyatına qoşulmaması üçün oranı mühasirədə saxladığı halda bu əməliyyata başçılıq edəcək komandanı İrandan çağırması birmənalı qarşılanmır.

Short URL: http://www.cumhuriyyet.net/?p=79475

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31