Jurnalistlər Çovdarovun məhkəməsinə buraxılmadı
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Hazırlıq iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.
Hazırda zərərçəkmiş və təqsirləndirilən şəxslərin vəkilləri zalda olsalar da, jurnalistlər hələ ki buraxılmayıb.
***
Prosesdə A.Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət verərək bugünkü iclasın təxirə salınmasını istəyib. O bildirib ki, cinayət işinin materialları ilə tam tanış olmayıb.
Vəsatət təmin edilib.
Məhkəmə prosesi oktyabrın 31-də davam etdiriləcək.
***
K.Nəsibov deyib ki, 56-cildlik cinayət işindən yalnız 30-u ilə tanış ola bilib: “Çalışacağıq ki, növbəti prosesə qədər digər 26 cildlə də tanış olaq. Materiallarla tanış olduqca vəsatətlərimizi hazırlayırıq, növbəti prosesdə məhkəməyə təqdim edəcəyik. Akif Çovdarovun səhhhətindəki problemlər hələ də qalır”.
A.Çovdarov məhkəmədə deyib ki, onu hüquqları pozmaqda ittiham edirlər: “Lakin burada mənim öz hüquqlarım pozulur. Məhkəmə prosesinin ədalətli aparılmasını istəyirəm”.(Qafqazinfo.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=79560