DTX Çovdarovdan agentlərin pulunu tələb edir – 3 milyon

20.10.2016 - 11:45

milli-tehlukesizlik-nazirliyiDTX ərizəsində A.Çovdarova qarşı irəli sürülən Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi üzrə qeyd edilən epizodda zərərçəkmiş kimi tanınmasını istəyib.

Belə ki, general bu maddə ilə dövlət büdcəsini mənimsəməkdə günahlandırılır. İttihama görə, A.Çovdarov agentura şəbəkəsinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan 2 milyon 917 min manat pulu mənimsəyərək şəxsi məqsədləri üçün xərcləyib.

DTX-nin ərizəsində həmin pulun müvafiq dövlət qurumuna, yəni MTN-in varisi hesab olanan DTX-yə aid olduğu bildirilib. Həmin məbləğin A.Çovdarovdan alınaraq DTX-ya verilməli olduğunu deyib.

Qeyd edək ki, A.Çovdarov ibtidai istintaq ifadəsində bu maddə üzrə özünü təqsirli bilmədiyini deyib və agentura şəbəkəsinin ifşa olunmaması üçün ifadə verməkdən imtina etdiyini bildirib. General həmin məbləğin agentlərə ödənildiyini qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=79661

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31