Əli İnsanovun şikayəti təmin edilmədi

20.10.2016 - 12:21

Əli İnsanovBakı Apellyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayətinə baxılıb.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, oktyabrın 11-də Qaradağ rayon Məhkəməsinin qərarı ilə Ə. İnsanovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu, onun barəsində başlanılan cinayət işi ilə bağlıdır. Apellyasiya şikayəti həmin qərardan verilib.

Bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (atış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya rsixotror maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.

Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin arrel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddətinin başa çatmasına az qalmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=79672

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31