Eldar Mahmudovun Polşadakı biznesi üzə çıxdı

22.10.2016 - 09:59

xeldarmahmudov-jpg-pagespeed-ic-vs-xsorqtxKeçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun təkcə ölkə daxilində deyil, xaricdə də biznesinin olduğu məlumdur.

Eldar Mahmudoun Polşada iri biznesi var. İddialara görə, keçmiş nazir bu ölkəyə iri yatırım qoyub. 2009-cu ildə Polşa prezidenti Lex Kaçinskinin sərəncamı ilə Eldar Mahmudovun “Böyük zabit” ordeni ilə təltif edilməsinin kökündə də bu amil dayanır. Məlumatda bildirilir ki, Eldar Mahmudovun Polşadakı biznesinə əsasən otellər, istirahət mərkəzləri daxildir.

Daha öncə yayılan digər məlumatda bildirilir ki, Eldar Mahmudovun xaricdə İran, Güney Azərbaycandan olan iş adamları ilə şərikli biznesi var. Mahmudovun himayə etdiyi güneylilərin İran dövləti ilə əlaqələrinin olub-olmadığı da bilinmir. Bu adamlardan bəzilərinin İran vətəndaşlığı var, bəziləri isə mühacirlərdir.

Keçmiş nazirin yaxın dostlarından biri də əslən Güneydən, Zəncan şəhərindən olan, hazırda isə Kanadanın Vankuver şəhərində yaşayan “Meyn Dvelopment Ltd.” şirkətinin təmsilçisi Kazım Əsgəridir. Kazım Əsgəri Eldar Mahmudovun tikinti işlərinə nəzarət edib. Ola bilər ki, indi də həmin işlər onun nəzarəti altında olaraq qalır, amma patron dəyişib.

Kazım Əsgəri Eldar Mahmudovla təkcə iş ortağı olmayıb, həm də bu münasibətlər şəxsi dostluğa çevrilib. Bu dostluğun dəlillərindən də biri budur ki, onların hətta Badamdardakı villaları da qonşudur.(Azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=79809

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31