Artur Rasizadə Maduro ilə görüşdü

22.10.2016 - 10:32

1477117669Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə oktyabrın 22-də ölkəmizdə rəsmi səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşüb.

Baş nazir Artur Rasizadə Azərbaycan ilə Venesuelanın siyasi əlaqələrinin yaxşı səviyyədə olduğunu bildirib, ölkələrimizin BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini vurğulayıb.

Artur Rasizadə iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib, digər sahələrdə də əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini söyləyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında söhbət gedərkən, münaqişənin yalnız beynəlxalq hüququn normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi qeyd edilib.

Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıqda maraqlı olduğunu deyib. O, neft istehsalçısı və ixracatçısı olan Azərbaycanın və Venesuelanın OPEC və qeyri-OPEC dövlətləri ilə əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Prezident Nikolas Maduro müxtəlif sahələrə, o cümlədən energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğunu bildirib.

Həmçinin turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=79826

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728