İlham Əliyevlə Sarkisyanın görüşü gözlənilirmi? – AÇIQLAMA

22.10.2016 - 13:37

262261“Həmsədrlərin regiona səfəri Vyana və Sankt-Peterburqdakı sammitlərdən sonra münaqişənin həlli prosesində irəliləmək üçün yaxşı imkan yaradacaq”.

Bunu erməni KİV-lərinə açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. Onun sözlərinə görə, təmas xəttində atəşkəsin qorunması barədə razılaşma aparılan danışıqların başlıca şərtlərindən biridir.

Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə danışıb: “Ümidvarıq ki, tərəflər tezliklə görüşmək barədə razılaşacaqlar. Biz bu görüşü təşkil etməyimizə şad olardıq, amma, bu barədə prezidentlər qərar qəbul etməlidir. Artıq Azərbaycan prezidenti vurğulayıb ki Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə hazırdır. Biz, həmçinin əminik ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ən yüksək səviyyədə dialoqun aparılması vacib şərtdir”.

Həmsədr eyni zamanda Dağlıq Qarabağ probleminin nizamlanması üçün münaqişə tərəfləri arasında hansı səviyyədə kompromisin əldə olunmasına münasibət bildirib: “Məhz münaqişə tərəfləri həll elementlərinə dair razılıq əldə etməlidirlər. Bu elementlər illərdir müzakirə edilib və prezidentlərin uzunmüddətli sülhün bərqərar olması üçün zəruri siyasi iradə göstərməsi üçün artıq vaxt yetişib”.(azvision.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=79863

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930