Oqtay Gülalıyev cinayət işinin xətm olunmasından yazdı: “siyasi qərardır…”

24.10.2016 - 00:50

oqtaygulaliyev«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev barəsində 4 il əvvəl başlanmış cinayət işinə xitam verilib. Sabirabad Rayon Polis Şöbəsinə dəvət olunan Oqtay Gülalıyevə bu barədə məlumat verilib.
Xatırladaq ki, O.Gülalıyev 2012-ci il aprelin 8-də Sabirabadın Minbaşı kəndində saxlanılmış və inzibati qaydada 12 sutkalıq həbs cəzası almışdı. Ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılmışdı. Sabirabad Rayon Məhkəməsi O. Gülalıyev barəsində 2 ay həbs-qətimkan tədbiri seçmiş və o Bakıya – İstintaq Təcridxanasına göndərilmişdi. Amma 2012-ci ilin iyun ayının 13-də Sabirabad Rayon Məhkəməsi həbs-qətimkan tədbirinin ləğv olunması və Oqtay Gülalıyevin məhkəmə zalından azadlığa buraxılması barədə qərar vermişdi. Oqtay Gülalıyev eyni zamanda 2016-cı ildə İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının Şura üzvü seçilib.
O.Gülalıyev öz facebook statusunda bu məsələ ilə bağlı yazıb: “… Nəhayət, 2012- ci il aprel ayının 19- da Sabirabad rayon polis şöbəsində Cinayət Məcəlləsinin 220.2- ci maddəsi ilə haqqımda açılmış cinayət işinə 4 il 6 aydan sonra xitam verildi. Bu gün Sabirabad RPŞ- yə dəvət olundum və qərar mənə təqdim edildi. Yaxın günlərdə pasportla təmin ediləcəyim və ölkədən çıxışıma qoyulan qadağanın da aradan qaldırılacağı bildirildi.
Gec də olsa ədalət öz yerini tapdı. Amma bildirməliyəm ki, haqqımda əsassız cinayət işinin başlanması siyasi qərar olduğu kimi bu cinayət işinə xitam verilməsi də siyasi qərardır. Heç şübhəsiz bu siyasi iradə Mədən Sənayesində Şəffaflıq Təşəbbüs üzrə beynəlxalq İdarə Heyətinin 25 oktyabrda Astanada keçiriləcək iclasında Azərbaycanın Təşəbbüsdə status məsələsinə baxılması ilə bir başa bağlıdır.
Azərbaycanda vətəndaş cəmiyyətinin üzləşdiyi problemlərinin tezliklə həllini və xüsusən həbsdə olan dostlarımızın, o cümlədən MSŞA Koalisiyasının üzvləri Asif Yusiflinin və Fuad Qəhrəmanlının da üzərində olan cinayət işlərinə xitam verilməsi və onların azadlığa çıxmasını arzulayıram!”

Short URL: http://www.cumhuriyyet.net/?p=79906

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728