Azad Rəhimov Milli Məclisdə deputatları güldürdü

24.10.2016 - 14:45

azad“Azərbaycan Milli Antidopinq Agentliyinin NADA kimi deyil elə Azərbaycan dilində olmasını təklif edirəm. Yəni agentliyin adının milli dilimizdə olması daha yaxşı olar”.

Bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Sevinc Fətəliyeva çıxış edib.

O bildirib ki, qanunun dili çox elmidir : “Qanunda elmi terminologiyadan çox geniş istifadə olunub. Bunun sadələşdirilməsini təklif edirəm”.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Milli Antidopinq Agentliyinin adının nəyə görə Azərbaycan dilində olmamasını öz adı ilə bağlayıb:

“Düzdür, əvvəl təklif olunmuşdu ki, Azərbaycan Milli Antidopinq Agentliyinin qısa forması AZADA olsun. Amma mən özüm buna razılaşmadım”.

Nazir Azad Rəhimovun belə deməsindən sonra nazir özü və iclasdakı deputatlar, qonaqlar gülüblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=79990

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930