Afinadan məxfi sənəd: “Kiprdə türk ordusu…”

24.10.2016 - 15:15

071266750c5044b6c04db3833c3e145bKiprdə Türkiyə ordusunun qalması buradakı böhranın həllinə yardım edə bilməz.

Bunu Kipr Xarici İşlər Nazirliyinin məxfi olaraq hazırladığı “Zəmanət sisteminin ləğvi, dostluq və təhlükəsizlik razılaşmasının hazırlanması” sənədində yer alıb. Sənəd Yunanıstan Xarici İşlər naziri Nikos Kotzias tərəfindən imzalanıb. Məhz bu sənəddə Kipr münaqişəsinin həll olunmasına dair Afinanın yanaşması əks olunub:

“Əgər sülh müqaviləsindən sonra zəmanət və işğal qalarsa, Avropa Birliyinin üzvü olan Kipr birlik üzvü olmayan üçüncü qüvvənin protektoratı olacaq. Bu mövqe Yunanıstanın təhlükəsizlik doktrinasının əsas sütunudur. Kiprdə kiçik həcmdə olsa belə Türkiyə ordusunun qalması qəbuledilməzdir”.

Qeyd edək ki, 1960-cı ildə Kiprə müstəqillik verilməsi haqqında müqaviləyə əsasən, ölkənin müstəqilliyinin  zəmanətçisi Böyük Britaniya, Yunanıstan və Türkiyə oldu. Bundan sonra Kiprdə yunanlar adanı Yunanıstanla birləşdirməyə cəhd etdilər. Ankara buna etiraz edərək, 1974-cü ildə adaya desant çıxardı. 1983-cü ildə Ankaranın tutduğu ərazilərdə Şimali Kipr Türk Respublikası yaradıldı. İndiyə qədər bu ölkənin müstəqilliyini Türkiyədən başqa heç kim tanımır.

Short URL: http://www.cumhuriyyet.net/?p=79992

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930