Azərbaycan yenə seçkiyə görə cərimələndi

27.10.2016 - 16:37

1967bb2f-a05b-4ace-bca5-f2db06382ae9_w987_r1_sOktyabrın 27-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan hökumətini cərimələyib. Hökumət seçki hüququ ilə bağlı şikayətin ədalətli araşdırılmamasına görə 2010-cu ildə deputatlığa namizəd olmuş müxalifətçiyə 11 min avro ödəməlidir.

Bu haqda məhkəmənin press-relizində bildirilir. Məhkəmənin saytı qərarın tam mətnini də yayıb.

Sözügedən iş AXCP-nin 2010-cu ildəki parlament seçkilərində Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədi Aydın Şükürovun şikayəti ilə bağlıdır.

Həmin seçkilərin rəsmi nəticələrinə görə, A.Şükürov uduzub. Ancaq o, seçkidə saxtakarlığa yol verilməsi ilə bağlı seçki komissiyasına şikayət verib. Komissiya şikayəti əsassız hesab edib.

A.Şükürov məhkəməyə üz tutub, lakin məhkəmə də onun arqumentlərini əsassız sayaraq şikayətlərini rədd edib.

Milli müdafiə vasitələrini bitirən şikayətçi vəkili İntiqam Əliyev vasitəsilə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

AİHM-in qərarında qeyd edilir ki, seçki komissiyaları, milli məhkəmələr A.Şükürovun şikayətlərinə baxarkən, onun seçki hüququnu (Avropa Konvensiyasının 1 saylı protokolunun 3-cü bəndi) pozublar. Dövlətin A.Şükürova münasibətdə Avropa Konvensiyasının 34-cü maddəsi ilə üzərinə götürdüyü öhdəliyə də əməl etmədiyi vurğulanıb.

Qərara əsasən, hökumət ərizəçiyə təzminat və hüquq məsrəflərindən ötrü 11 min avro ödəməli, iş üzrə ədalətli araşdırma aparılmasını təmin etməlidir.

Əvvəlki illərlə müqayisədə AİHM-da Azərbaycanla bağlı qərarlarının sayı artıb.

Məhkəmə sonuncu dəfə iyunda verdiyi qərarlarla Azərbaycan hökumətini üst-üstə 230 min avro cərimələmişdi. Həmin işlər seçki hüququnun pozulması və etiraz aksiyalarında müxalif fəalların qanunsuz saxlanması halları ilə bağlı idi.2005-ci ildə keçirilən parlament seçkilərindən bəri müxalif namizədlərin hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi 10-dan çox qərar verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=80364

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728