Vitse-admiral Şahin Sultanov dövlətə dəymiş ziyanı ödədi

27.10.2016 - 16:43

c7aa7b567779d8667262ce98cc46da8fMüdafiə Nazirliyi  Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin cinayət işi üzrə keçirilən mühasibatlıq ekspertizasının rəyi açıqlanıb.

Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslər tərəfindən dövlətə dəymiş ziyanının əvəzi kimi ödənilən pul vəsaiti ilə bağlı mühasibatlıq ekspertizasının keçirilməsi haqqında qərar qəbul edilib. Ekspertizanın rəyinə əsasən təqsirləndirilən şəxslər tərəfindən dövlətə dəymiş ziyanın əvəzi kimi ödənilən məbləğ dəymiş ziyanının məbləğindən çoxdur. İş üzrə məhkəmə prosesi oktyabrın 28-də davam edəcək.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə dəHDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında ötən il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş. Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

İş üzrə 30-dan çox təqsirləndirilən şəxs var.

Onu da qeyd edək ki, Bakı Hərbi Məhkəməsində böyük iclas zalı olmadığından işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında baxılır.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=80368

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728