Xanlar Vəliyevdən Ayaz Mütəllibova İTTİHAM

28.10.2016 - 11:17

6445479_a1477637211“Azərbaycanda ötən əsrin 80-ci illərinin sonlarından Əbdürrəhman Vəzirovun xəyanətkar, Ayaz Mütəllibovun yarıtmaz fəaliyyətləri nəticəsində ictimai-siyasi vəziyyət olduqca kəskinləşdi.

1992-ci ilin mayında xalqın milli azadlıq və suverenlik çağırışlarının qanadında hakimiyyətə yiyələnmiş AXC-Müsavat fraksiyasının bir illik uğursuz  hakimiyyəti dövründə yanlış kadr siyasəti, daxili didişmələrin intensivliyi, idarəetmə təcrübəsinin olmaması, iqtisadiyyatın aparıcı sahələrinə kadrların peşəkarlıq, bacarıq və təcrübə prizmasından deyil, şəxsi münasibətlər müstəvisindən təyin edilməsi, ictimai-siyasi ab-havanın getdikcə daha da çirklənməsinə və nəticədə Ermənistanla müharibədə torpaqlarımızın təcavüzkar tərəfindən qəsb edilməsinə gətirib çıxardı”.

Modern.az-ın xəbərinə görə, bunu hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Xalq qəzeti”ndə yazdığı məqaləsində bildirib.

X.Vəliyev yazıb ki, 90-cı illərin əvvəllərində idarəçiliyindəkilər səriştəsiz olublar:

“Dövlət idarəçiliyindən anlayışları olmayan bu şəxslərin yarıtmaz və  səriştəsiz fəaliyyətləri nəticəsində 1993-cü ildə ölkə parçalanıb məhv olmaq təhlükəsinə məhkum edildi.

Zaman göstərdi ki, Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi hələ reallıqda müstəqil olmaq demək deyildi”.

Short URL: http://www.cumhuriyyet.net/?p=80430

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728