Oqtay Əsədov Zahid Orucun sözünü kəsdi: “Yenə gündəlikdən kənara çıxırsınız”

28.10.2016 - 13:13

oqtay-%c9%99s%c9%99dov3Rusiya və İran Ermənistana qarşı təzyiqlərini bir daha artırsın.

Bunu millət vəkili Fəzail Ağamalı parlamentin bugünkü iclasında deyib. Onun sözlərinə görə, hər iki ölkə işğalçılıq siyasətini davam etdirdiyinə görə Ermənistana təzyiq etməlidir: “Həmçinin sanksiya tətbiq olunmalıdır. Çünki Azərbaycanın hər iki qonşu dövlətlə münasibətləri yaxşıdır”.

Millət vəkili Zahid Oruc isə çıxışında qeyd edib ki, beynəlxalq aləmdə elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər: “Ermənistan zamanla ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Ancaq təklif edirəm ki, biz səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq. Biz qanunlarımıza, konstitusiyamıza hörmət edən, Şəhidlər Xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik.

Bu yaxınlarda da gördük ki, İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi”.

Spiker Oqtay Əsədov isə yenə millət vəkili Zahid Oruca irad tutub: “Siz yenə gündəlikdən kənara çıxırsınız. Sonra da deyirsiniz ki, sözüm kəsilir”.(Qafqazinfo.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=80446

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728