Konstitusiya referendumdan sonra yenidən çap olundu
Azərbaycan Respublikasının Konstitusiyası bu il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendum) nəticələri əsasında redaktə olunaraq, yenidən çap edilib.
Bu barədə Milli Məclisdən məlumat verilib. Bildirilib ki, ölkə Konstitusiyasının redaktə olunmuş yeni variantı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, referendum nəticəsində Konstitusiyanın 29 maddəsində 39 əlavə və dəyişiklik edilib.
Referendumla Konstitusiyada prezidentin səlahiyyət müddəti 7 ilə qədər artırılıb. Bundan başqa, Azərbaycan prezidenti vəzifəsinə seçilmək üçün minimum yaş həddi 35-ə endirilib.
Referendumla Azərbaycanda birinci vitse-prezident və vitse-prezident vəzifələri təsis olunub.
Həmçinin, prezidentə Milli Məclisi vaxtından əvvəl buraxmaq və erkən seçkilərin keçirilməsi hüququ verilib.
Bundan əlavə, vətəndaşın Milli Məclisə seçilmək üçün yaş həddi 25-dən 18-ə endirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=80477