“Xocalılarla görüşdən çox təsirləndim” – Vahe Avetyan

08.11.2016 - 11:01

4736dd14-62de-45f9-9bf9-4b86dd23b9b7Xəbər verdiyimiz kimi, erməni yazıçı və ictimai xadim Vahe Avetyan Bakıdadır.

Onun iştirakı ilə hazırda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış” beynəlxalq konfransı keçirilir.

Konfransda çıxış edən yazıçı qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür edib:

“Bakıda gözəl qarşılandım, təəssüratım gözəldir. 1 həftə əvvəl bura gəlmişəm. 25 illik təcrübəm var, lakin mən yazıçı, normal insan, vətəndaş kimi burdayam”.

Daha sonra Avetyan Xocalı abidəsini ziyarətindən də danışıb:

“Onların günahsız ruhları qarşısında baş əydim. Biz vətənpərvərlikdən əvvəl humanizm duyğularını inkişaf etdirməliyik. Birlikdə çox işlər görülməlidir. Bizim də sizin ölkədəki kimi məcburi köçkün və qaçqın problemimiz var.

Etnik nifrətə son qoymalıyıq. Fikirləşirəm ki, mədəni münasibətlər bərpa olunmalıdır. Bu da öz növbəsində etimadın yaranmasına səbəb olacaq. Biz öz hökumətlərimizə yardım etməliyik. Təəssüf ki, biz münaqişənin həllində vasitəçilərin köməyindən istifadə edirik. Məncə, birbaşa öz aramızda danışıqlar aparmalıyıq. Bakıya tez-tez gələcəyəm. Xocalıdan olan insanlarla görüşdüm və çox təsirləndim”.(Qafqazinfo.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81380

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728