İcra başçısının sındırdığı bayraq Kolumbiya bayrağı imiş – VİDEO

10.11.2016 - 12:11

1Xəbər verdiyimiz kimi, Daşkəsəndə 9 noyabr Bayraq Gününə həsr olunan tədbir zamanı icra başçısı Əhəd Abıyev Ermənistanın şiferdən olan bayrağını yumruqla sındırıb.

İcra başçısının bu addımı sosial şəbəkələrdə müxtəlif baxışlardan şərh edilib.

Amma ən maraqlı olan odur ki, Ə. Abıyevin Ermənistan adı ilə sındırdığı bayraq Kolumbiya bayrağı olub. Rəngləri bir-birinə tam uyğun olan bu iki ölkənin bayrağı yalnız həmin rənglərin sıralanmasına görə fərqlənir. İcra başçısı isə bunun fərqində olmayıb.

Qeyd edək ki, bundan əvvəl də dəfələrlə Ermənistan bayrağı ilə Kolumbiya bayrağının dəyişik salınması halı baş verib.(Qafqazinfo.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81565

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728