“Nazirlər hamısı korrupsiya ilə məşğuldur”

18.11.2016 - 13:01

1479456311_nazirlerttt“Azərbaycanda yüksək vəzifədə işləyən əksər şəxslər korrupsiya ilə məşğuldur”.

Bu ittihamları hüquqşünas Müzəffər Baxışov sabiq yüksək və texnologiyalar naziri Əli Abbasovun aylıq 300 000 manat xərcləməsinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, nazirlərin əldə etdiyi qanuni vəsaitlə gəlirləri və xərcləri uyğunsuzluq təşkil edir: “Onların əldə etdiyi vəsaitlər, malik olduqları əmlaklar real əldə etdikləri vəsaitlərlə, maaşlarıyla uyğun gəlmir. Bu barədə MTN olayından sonra həbs edilənlərin ittiham aktında da yazılıb.

Konkret bir nazir vəzifəsində işləyən şəxs xərclədiyi vəsaiti, malik olduğu əmlakları qeyri-qanuni yolla əldə edir. Çünki nazirin əmək haqqı 1500 manatdır. Bu məbləğlə 20 milyonluq villa tikmək, 50 villaya sahib olmaq qeyri mümkündür. Belə olan halda bunun mənbəyinin korrupsiya olduğu ortaya çıxır.

Düşünürəm ki, bütün yüksək vəzifədə işləyən şəxslərin həyat şəraitini, həyat tərzini araşdırmaq lazımdır. Məmurların həyat şəraiti araşdırıldıqdan sonra ittiham irəli sürmək olar”.(BakiPost.az)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=82210

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31