Əli Həsənov: “Azərbaycan ən əhəmiyyətli ölkə hesab olunur”

18.11.2016 - 15:48

%c9%99li-h%c9%99s%c9%99nov-6Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur.

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri mövzusunda elmi məruzəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, geosiyasi xarakteristikanın əsas dəyər ölçüləri kimi çıxış edən əsas parametrlər Azərbaycanın həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm də mövcud daxili inkişafını şərtləndirir.

Ə.Həsənov qeyd edib ki, Cənubi Qafqaz dövlətləri içərisində təbii zənginlik və insan parametrləri üzrə ən əlverişli vəziyyət Azərbaycana məxsusdur.(Report.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82251

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31