Türkiyə prezidentinin müşaviri: “Həyasızcasına işğal davam edir”

21.11.2016 - 11:35

cumhurbaskani-basdanismani-topcu-tanri-dagi-nin-8833550_x_7190_o“Bütün beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini söyləyir. Ancaq həyasızcasına işğal 20 ildir ki, davam edir”.

Bu sözləri Türkiyənin Yerli Düşüncə Dərnəyinin və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakıda “Türk Filmləri Həftəsi” ilə əlaqədar təşkil etdiyi tədbirdə Türkiyə prezidentinin müşaviri, sabiq mədəniyyət naziri Yalçın Topçu bildirib.

Y.Topçu deyib ki, Xocalı soyqırımı dünyanın gözləri qarşısında törədilib: “Bu münaqişə olmasa, Azərbaycan Asiyanın və bölgəsinin rifahının açarı olacaqdı. Qarabağ münaqişəsi ilə Azərbaycanın qarşısını almağa çalışırlar. Asiyanın rifahı Azərbaycanın ayağa qalxması ilə bağlıdır, Türkiyənin ayağa qaxması Balkanların, Orta Şərqin, Afrikanın ayağa qalxması deməkdir. Türkiyə ayaq üstdə olarkən kimlərsə bölgədə rejimləri dəyişdirə bilməz. 15 iyulda bütün cəhdlər Türkiyəni diz çökdürməyə hesablanmışdı. 15 iyulda istiqlalımıza və istiqbalımıza sahib çıxdıq, mədəniyyət coğrafiyamıza, məzlum millətlərə ümid olduq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=82473

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31