Ərdoğan: “Qarabağın əsl sahibi azərbaycanlılardır”

23.11.2016 - 16:06

1025514493Dağlıq Qarabağda hətta razılaşdırılımış bəzi rayonlar var ki, ermənilər həmin bölgəni tərk etməlidir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində baş tutan İslam Əməkdaşlıq Təşkilatı İqtisadiyyat və Ticarət Əməkdaşlığı daimi Komitəsinin (İSEDAK) 32-ci toplantısından sonra azərbaycanlı jurnalistin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir:

“Ermənistan işağl etdiyi torpaqları tərk etməlidir. Bu mövzuda BMT Təhlükəsizlik Şurasının qərarları var. Bütün bu qərarlarla bərabər, Dağlıq Qarabağda, hətta razılaşdırılımış bəzi rayonlar var ki, ermənilər həmin bölgəni tərk etməlidir.

Bu torpaqların əsl sahibi azərbaycanlılardır. Azərbaycanlıların bu ərazilərdə məskunlaşması lazımdır. İşğalla heç nəyə nail olmaq olmaz. Biz Türkiyə olaraq işğala qarşıyıq.

Bu mövzuda vasitəçilər var. Onlar öhdələrinə düşəni etməlidir. Arzum budur ki, işğal tez bir zamanda bitsin və azərbaycanlı qardaşlarımız torpaqlarına qovuşsun”.

Short URL: http://www.cumhuriyyet.net/?p=82786

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31