ABŞ-ın inanılmaz Türkiyə planı – Təxribat

25.11.2016 - 11:42

abDünən Suriyada Türkiyə hərbçilərinə hücum təşkil edən döyüş təyyarəsi ilə bağlı sensasion fakt ortaya çıxıb.

İnsidentin ABŞ tərəfindən törədildiyi təxmin edilir.

Vaşinqton 24 noyabr 2015-ci ildə baş verən Su-24 böhranının il dönümündə Ankara ilə Moskva arasında nifaq salmaq üçün inanılmaz yola əl atıb.

Məlumata görə, ABŞ-a məxsus F-18 tipli qırıcı Rusiya döyüş təyyarəsinə bənzəməsi üçün boyadılıb və Türkiyə hərbçilərinin yerləşdiyi bölgəyə hava zərbələri endirib. Bununla da ABŞ Türkiyəni hadisənin Rusiya tərəfindən Su-24 böhranının qisasının alınması məqsədilə törədildiyinə inandırmaq istəyib.

Qeyd edək ki, bu təcrübə Suriyada bir neçə dəfə sınanıb.

Bu ilin oktyabrında Kristian Boris adlı jurnalist ABŞ döyüş təyyarələrinin boyanaraq Suriyaya göndərildiyini ortaya çıxarıb. Onun paylaşdığı fotoşəkildə də F-18 qırıcısının mavi rəngdə boyandığı, üzərinə isə keçmiş Sovet İttifaqının qırmızı ulduzu vurulduğu əks olunub. Bu yolla amerikalılar təyyarəni Rusiyanın SU-34 qırıcısına bənzətməyi bacarıblar.

Ötən illər ərzində sözügedən “Rusiya qırıcıları” Suriyada xeyli strateji məntəqəni bombardman edib. Rəsmi Vaşinqton da açıqlamalar verərək hücumları “pisləyib” və Rusiyanı aviazərbələri “dayandırmağa” çağırıb.

Xatırladaq ki, “Fərat qalxanı” əməliyyatları çərçivəsində Suriyaya göndərilən Türkiyə hərbçiləri dünən hava hücumun məruz qalmışdı. İnsident nəticəsindən 3 türk hərbçi həlak olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=82973

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31