İlham Əliyev iki ölkəyə başsağlığı məktubu göndərdi

26.11.2016 - 13:36

ilham_%c9%99liyev-prAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Raul Kastro Rusa başsağlığı məktubu göndərib.

Məktubun mətnini təqdim edirik:

“Hörmətli cənab Sədr,

Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, qardaşınız Fidel Kastro Rusun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Semnan vilayətində baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Short URL: http://www.cumhuriyyet.net/?p=83101

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31