Lukaşenko yaxın saatlarda Bakıya gələcək

28.11.2016 - 13:35

lukasenkaBelarus prezidentinin “yaxın saatlarda” Azərbaycana çatacağı gözlənilir, ölkənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən BBC Azərbaycancaya verilən məlumatda deyilir.

Məlumata görə, iki ölkə prezidentlərinin təkbətək görüşü bugün baş tutacaq və “görüşdən sonra mətbuata açıqlama veriləcək”.

Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri iki gün davam edəcək.

“Prezidentlər iki ölkə arasındakı əlaqələri, həmçinin iqtisadi-ticarət, kənd təsərrüfatı, idman və investisiya layihələrində qarşılıqlı münasibətlərin inkişaf perspektivləri sahəsindəki vəziyyəti müzakirə edəcək”, Belarus prezidentinin rəsmi saytı yazır.

Danışıqların nəticəsi olaraq bir neçə beynəlxalq sənədlərin imzalanması gözlənilir.

Səfər çərçivəsində cənab Lukaşenkonun Azərbaycanın baş naziri Artur Rasi-zadə ilə də görüşü planlaşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=83208

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31