Beytulla Hüseynov: “Rəhbərliyə 10 yox, 22-24 milyon manat vermişəm”

28.11.2016 - 14:04

mtn-beytullaBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktlına münasibət bildirən Cəlil Cəfərov, Qəmbər Bəybalayev və Səhrab Hümbətov özlərini təqsirli bilmədiklərini deyiblər.

Daha sonra Beytulla Hüseynov ifadə verib. B. Hüseynov dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirib: “İttiham aktında olan rəqəmlərlə razı deyiləm, şişirdilmiş rəqəmlərdir. Bakı Telefon Rabitə İstehsalat Birliyində 2015-ci ildə orta aylıq əmək haqqı 700 manat idi. Mən icraçı adamam və bu vəzifəyə pillə-pillə gəlmişəm. Nazirliklə razılaşdırmışdıq ki, gəlirlərin 80 faizi nazirliyə verilsin, 20 faizi bizə qalsın. Əli Abbasov da bununla bağlı ifadə verib. Bizdə olan vəsaitin 6 faizi qovşaqlarda qalıb, 4 faizini isə paket vermişik. Dövlətə nə zərər vurmuşam, ödəməyə hazıram. Şəhid ailələrinə, əlillərə pulsuz telefon çəkmişdik. Avropa Oyunları zamanı bizə xüsusi tapşırıq verilmişdi. Sifarişçi “Azəryolservis” ASC idi. Biz işləri uğurla yerinə yetirdik, lakin ödəniləcək vəsaitin 4 faizini ala bilmədik. Gördüyümüz işlərə görə dövlətdən mükafat aldıq. Mən Qarabağ müharibəsi veteranıyam. Xahiş edirəm, bunları nəzərə alasınız”.

Short URL: http://www.cumhuriyyet.net/?p=83216

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31