Əliyevlə Sərkisyan arasında sensasion dialoq: “20 il, yox, 30 il…”

01.12.2016 - 13:58

eliyevErmənistanda nəşr edilən “Qraparak” qəzeti yazır ki, prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyan vaxtaşırı olaraq hakim Respublika partiyasının idarə heyətinin iclaslarında Dağlıq Qarabağa dair danışıqların detallarını bölüşürlər. “Ona görə ki, “qocalarda” XİN rəhbərinin biznes-klassda ora-bura uçmaqdan başqa nəsə işlə məşğul olmadığı görüntüsü yaranmasın”-qəzet yazır.

Daha sonra qəzet hakim partiyadakı mənbəyə istinadən iddia edir ki, belə söhbətlərdən birində Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağda referendumun keçirilməsi müddəti barədə dialoqdan bəhs edilib.

Qəzet yazır: “Referendum ideyasına qəti qarşı olan Əliyev Serj Sərkisyandan soruşub:-mənim deyəcəyim istənilən müddətə razılaşacaqsınız? “Bəli”-Əliyevin heç bir müddət çərçivəsi ilə razılaşmayacağına əmin olan Serj cavab verib. “İyirmi il”-Əliyev deyib. “Razıyam”-Sərkisyan cavab verib. “Otuz il”-Əliyev bildirib. “Razıyam”-Sərkisyan yenə bildirib. “Yetmiş”-Əliyev deyib. “Bu qədər yaşamırlar”-Serj bu dəfə etiraz edib”.

Xatırladaq ki, Dağlıq Qarabağda yekun statusun müəyyən edilməsi üçün referendumun keçirilməsi Madrid sənədində əksini tapıb. Plana əsasən referendumun keçirilməsi üçün hansısa zaman çərçivəsi müəyyən edilməliydi.

Short URL: http://www.cumhuriyyet.net/?p=83491

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31