“Aztelekom”a yeni rəhbər təyin edildi
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Aztelekom” MMC-yə yeni baş direktor təyin edib.
Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, nazirin əmri ilə Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, S.Paşayev bu ilin may ayından “Aztelekom” MMC-nin baş direktor vəzifəsini müvəqqəti icra edirdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=83575