“JEK”-lər özəlləşdirilə bilər

02.12.2016 - 14:34

samir_serifov“Mənzil-Kommunal Sahələrinin tam özəlləşdirilməsi mümkündür”. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov millət vəkili Tahir Kərimlinin təklifinə münasibət bildirərkən deyib.

S. Şərifov hesab edir ki, büdcədən Mənzil-Kommunal Sahələrinə ayrılan xərclər o qədər də yüksək deyil: “Büdcədən bu sahəyə ayrılan vəsaitin böyük hissəsi, yəni 40%-i Mənzil-Kommunal Sahələrdə çalışanların əmək haqqının ödənilməsinə yönəlir. Digər tərəfdən, bu vəsaitdən yaşıllıqların salınması, tullantıların daşınması və s. istifadə olunur. Lakin bu sahəni özəlləşdirmək o demək deyil ki, hökumət bu xərclər üzrə qazanır. Həmin istismar xidmətlərin göstərilməsini hər hansı bir özəl şirkətlərə verilə bilər. Hər hansı bir küçənin süpürülməsi ilə bağlı bir şirkətlə müqavilə bağlanılsa, siz həmin şirkətə pul ödəməli olacaqsınız. Şəhərlərin, rayonların işıqlandırılması xərcləri, bütün bu xərclər həmin bu maddə üzrə maliyyələşdirilir. Ona görə də, mən hesab edirəm ki, bu xərclərin ixtisar edilməsi çətin olar”.

(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=83592

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31