Azərbaycan Ermənistana uçan Rusiya hərbi-nəqliyyat təyyarəsini hava məkanına buraxmadı

05.12.2016 - 11:03

ermAzərbaycanın mülki aviasiya xidməti Ermənistan istiqamətində uçan Rusiya İl-76 hərbi-nəqliyyat təyyarəsinin ölkənin hava məkanına daxil olmasına icazə verməyib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Livejournal-da hava nəqliyyatının işini radar məlumatlarının köməyi ilə izləyən GalandecZP ləqəbli bloqqer bildirir. 

Yerüstü nəzarət məntəqəsi ilə pilot arasında radio danışıqlarının bloqqer tərəfindən yayılmış audioyazısına əsasən İl-76 Ermənistandan “Suriya istiqamətində” uçmalıydı. Lakin Azərbaycan təyyarənin hava məkanından keçməsinə icazə vermədiyi üçün İl-76 qalxdığı aeroporta-Soçiyə geri dönüb. “İrəvana qədər uça bilməyəcəksiniz. Azərbaycan buraxmır. Uçuş qadağan olunub”-dispetçer pilota bildirir. Daha sonra ekipaj Soçi aeroportuna dönmək barədə komanda alır.

Məlumata görə təyyarə Rostov üzərindən uçarkən Azərbaycanın hava məkanına buraxılmayacağı haqda ekipaja məlumat verilib. Bloqqer qeyd edir ki, Azərbaycan əvvəl Suriyaya uçan Rusiya təyyarələrinə icazə verirdi.

Bununla belə məlumdur ki, Azərbaycan Suriyaya uçan Rusiya hərbi təyyarələrinə heç də həmişə icazə verməyib, təyyarələr əksər hallarda Azərbaycanın hava sahəsinə daxil olmamaq üçün Xəzərin üzərindən uçublar. İndiki halda isə təyyarə İrəvanda yerə enəndən sonra oradan Suriya istiqamətində uçmalıydı.

Short URL: http://www.cumhuriyyet.net/?p=83669

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31