“Taliban”ı məhv etmək iqtidarında deyilik” – Obama

07.12.2016 - 11:32

obamaABŞ Əfqanıstanda “Taliban” hərəkatını məhv etmək iqtidarında deyil, amma bu ölkədə sülh yaratmaq üçün təhlükəsizlik qüvvələrinə kömək edə bilər.   

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama Floridada terrorizmlə mübarizə ilə bağlı çıxışında söyləyib.

“Əfqanıstanda vəziyyət mürəkkəb olaraq qalır. Orada müharibə 30 ildir davam edir. ABŞ müharibəni qurtarmaq üçün “Taliban”ı məhv etmək iqtidarında deyil. Amma biz “Əl-Qaidə”nin orada yaraqlılar üçün sığınacaq yaratmasına mane ola və əfqan təhlükəsizlik qüvvələrinə sülhün bərqərar olmasında kömək edə bilərik”,- deyə Obama bildirib.

Obama vurğulayıb ki, hazırda Əfqanıstanda “ən azı 10 mindən amerikalı hərbçi” var. Onlar əfqan təhlükəsizlik qüvvələrinə dəstək göstərir.

Qeyd edək ki, bununla da Obama ABŞ prezidenti postunda milli təhlükəsizlik ilə bağlı son çıxışını edib. O, 20 yanvar 2017-ci ildə prezident postunu Donald Trampa təhvil verəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=83891

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31