Azərbaycanda yeni qurumlar yaradılacaq
Azərbaycanda dövlət tərəfindən turizm sahəsində elmi tədqiqatların aparılması üçün qurumlar təsis ediləcək.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində nəzərdə tutulub.
Layihəyə görə, dövlət turizm sahəsində elmi tədqiqatların aparılması üçün şəxslər müvəkkil edəcək. Dövlət eyni zamanda, qeyri-dövlət qurumları tərəfindən həyata keçirilən bu cür fəaliyyətə məlumatlandırıcı, maddi-texniki yardım göstərəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=84082