Mard: “Azərbaycanla daha dərin əməkdaşlığı təmin etmək üçün yeni hüquq müstəviyə ehtiyac var”

15.12.2016 - 11:27
Avropa İttifaqı (Aİ) Azərbaycanla münasibətləri tənzimləyəcək yeni razılaşma barədə yeni ildən danışıqlara başlamağı səbirsizliklə gözləyir.
APA-nın məlumatına görə, bu barədə Aİ-nın Azərbaycandakı nümayəndəliyin rəhbəri Malena Mard deyib.
O bildirib ki, Azərbaycanla əməkdaşlığın yeni hüquqi müstəvidə qurulmasına qərar verilib: “Hazırkı hüquq müstəvisi 1996-cı ildə bərqərar olmuşdu. Daha dərin, daha əzmkar əməkdaşlığı təmin etmək üçün yeni hüquq müstəvi formalaşdırmaq və razılaşdırmaq lazımdır.
M. Mard bir il ərzində Aİ-nin iki yüksək vəzifəli məmurunun bir ölkəyə gəlməsinin istisna hal olduğunu söyləyib.
Qeyd edək ki, bu ilin fevralında Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, xanın Federika Mogerini və Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç “Cənub Qaz Dəhlizi” layihəsi Məşvərət Şurasının II iclasında iştirak etmək üçün Bakıda səfərdə olub.
Həmçinin, 2016 cı ildə Azərbaycanla Aİ arasında yaradılmış 4 altkomitədən 3-nün iclası keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=84433

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728