Azərbaycanın sorğusu ilə Minskdə bloger Aleksand Lapşin saxlanılıb

15.12.2016 - 15:30

Azərbaycanın sorğusu ilə Minskdə bloger Aleksand Lapşin saxlanılıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə blogerin “Facebook” səhifəsində bildirilir.

Lapşin qeyd edib ki, o, Azərbaycan tərəfinin sorğusu əsasında saxlanılıb.

“Sputnik Belarus” agentliyinin yaydığı məlumatda isə bildirilir ki, Lapşin Bakıya təhvil verilə və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun məsuliyyətə cəlb edilə bilər.

Qeyd edək ki, sözügedən şəxsin adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na daxil olunub. Buna səbəb blogerin digər əcnəbilərlə Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. Lakin 2015-ci ildə Lapşin Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi “Dövlət sərhədinin pozulması haqqında” qanunu pozduğu üçün blogeri beynəlxalq axtarışa verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=84502

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728