Çavuşoğlu Moskvada: “Arxasında kimlər varsa, hamısını tapacağıq”

20.12.2016 - 13:20

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən gecə Rusiya səfirinin öldürülməsi ilə bağlı Moskvada jurnalistlərin qarşısına çıxıb.

Strateq.az xəbər verir ki, o, Rusiyanın Ankaradakı səfirinin qətlinə dərin təəssüf hissi keçirdiklərini bəyan edərək, bu hadisəni alcaq hücum adlandırıb:

“Cənab Korlov təkcə yaxşı diplomat deyildi, o, həm də çox gözəl dost idi. O, Rusiya ilə münasibətlərimizin ən gərgin vaxtlarında belə, dost münasibətini göstərib, iki ölkənin münasibətlərinin yaxşılaşması üçün əlindən gələni artıqlaması ilə edib. Onun qətli nəinki şəxsimi, bütün Türkiyəni üzüb. Onun ailəsinə və rus xalqına dərin hüznlə başsağlığı veririk.

Sizi əmin ediriik ki, bu alcaq hücumun bütün detalları ən xırdalığına qədər araşdırılacaq. Arxasında kimlər varsa, hamısına çıxacağıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=84802

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728