Arsen Avakov Azərbaycanın Ukraynadakı səfirini qəbul edib

20.12.2016 - 14:50

Dünən, dekabrın 19-da Ukraynada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Ukraynanın daxili işlər naziri Arsen Avakovla görüşüb.

Bu barədə virtualaz.org-a Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib. Qeyd olunur ki, görüş Ukrayna DİN başçısının şəxsi təşəbbüsü ilə baş tutub.

Görüşdə fikir mübadiləsi aparılıb, Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlərin sayının artmasına diqqət çəkilib. Arsen Avakov qeyd edib ki, azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı onun sərəncamında olan statistika Azərbaycan KİV-də dərc olunandan fərqlidir.

A.Avakov bildirib ki, Ukraynada azərbaycanlılara qarşı milli zəmində cinayətlər yoxdur və ola bilməz. Nazir xüsusilə qeyd edib ki, özü də Bakıda anadan olub və dostlarının arasında azərbaycanlıların sayı az deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=84835

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728