“O mənə kobud cavab verdi” – Çovdarov

21.12.2016 - 15:19

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, sabiq MTN əməkdaşı, polkovnik-leytenant İlqar Aşurbəyov ifadə verib.

O bildirib ki, Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov onun idarəsində işləyəndə ona ayrıca otaq vermədiyi üçün general ona təzyiq etməyə başlayıb və nəticədə onun işdən çıxarılmasına nail olub: “Akif Çovdarov bundan sonra mənə hədə-qorxu gələrək 300 min manat alıb. Məni ailəmlə təhdid edirdilər”.

Akif Çovdarov məhkəmədə çıxış edərək İ.Aşurbəyov iddialarına münasibət bildirib. O deyib ki, Aşurbəyov barədə nazir Eldar Mahmudova məruzə etdiyi üçün o cəzalandırılıb: “Nazir mənə bir işlə bağlı tapşırıq verdi, həmin iş də İlqar Aşurbəyovda idi. İlqarla bu məsələni danışanda mənə kobud cavab verdi. Mən də bunu nazirə dedim, o da İlqarı cəzalandırdı. İndi Aşurbəyov buna görə məndən qisas almaq istəyir”.

Bundan sonra ötən iclasda adı hallanan DTX əməkdaşı Anar Abdinov ifadə verib. Zərərçəkən Tofiq İbrahimov məhkəmədə Akif Əliyev və Orxan Osmanovun hədə qorxusu ilə tələb olunan pulu həmin vaxt MTN əməkdaşı olan Anar Abdinova verdiyini bildirib. A.Abdinov isə T.İbrahimovdan heç bir pul almadığını deyib.

Məhkəmə prosesində fasilə elan olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=84926

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728