“Məmurlar xaricə apardıqları böyük pulları Azərbaycana qaytarsınlar”

22.12.2016 - 13:25

Uzun müddətdir reallaşması gözlənilən vergi amnistiyasına dair qanun layihəsi Milli Məclisdə müzakirə edilərək, plenar iclasa tövsiyə olunub. İndi isə növbə maliyyə amnistiyasınındır. İllərdir ölkədən çıxarılan, ofşor zonalarda dövriyyəyə buraxılan külli miqdarda vəsaitlərin ölkəyə gətiriləcəyi xəbərləri gündəmdədir. Çünki vergi borclarının və  sanksiyaların silinməsi maliyyə amnistiyası ilə yekunlaşmalıdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, ilk olaraq vergi amnistiyasının verilməsi məqsədəuyğundur. V.Əhmədov bildirib ki, maliyyə amnistiyası hər zaman gündəlikdə olan məsələdir:

“İndiki məqamda maliyyə amnistiyasının verilməsi olduqca vacibdir. Çünki o məmurlar ki, müəyyən qədər vəsait toplayıblar, həmin vəsaitlərin Azərbaycana gətirilməsinin vaxtı çatıb. Həmin vəsaitlər Azərbaycanda investisiya şəklində ictimai-siyasi həyatın inkişafında istifadə olunmalıdır. Amma bunun üçün ilkin olaraq qanun layihəsi hazırlanmalıdır. Qanun elə şəkildə hazırlanmalıdır ki, maliyyə amnistiyası veriləndə həmin vəsait yalnız və yalnız Azərbaycanda iqtisadi inkişafa xidmət etsin, başqa məsələlər üçün istifadə edilməsin”.

Deputat qeyd edib ki, maliyyə amnistiyası verilən zaman bir çox nüanslar diqqətə alınmalıdır:

“Biz bir sıra məsələlərlə bağlı vergi dəyişiklikləri etdik. Amma söhbət maliyyə amnistiyasından gedirsə, həmin maliyyə Azərbaycana gətirilməlidir. Yəni maliyyə amnistiyası veriləndə o adamdan soruşmurlar ki, bu vəsaiti harada, necə qazanmısan? Maliyyə amnistiyası verilən zaman həmin vəsaitin ofşor ya da qeyri-bir zonadan gətirilməsi o qədər əhəmiyyət kəsb etmir. Amnistiya verilir və həmin pullar ölkəyə gətirilir”. (modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=85003

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728